Press "Enter" to skip to content

İsti havalar başlayır

İsti hava

Son yeniləmə: 27 Aprel 2022 12:39

Bayraqdar.info – Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək.

“Havanın temperaturu gecə 13-16 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq. Bakıda gecə 14-16 dərəcə, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 faiz olacaq.

“Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 26-31dərəcə isti, dağlarda gecə 0-5 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq”. Xidmətdən belə bildirilib.

Mission News Theme by Compete Themes.