Son yeniləmə: 27 Aprel 2022 16:01
Bayraqdar.info – Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov aprelin 29-da saat 15:00-da vətəndaş qəbulu keçirəcək.
DMX-dən bayraqdar.info-ya bildiriblər ki, iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi vasitəsilə buradan qəbula yazıla bilərlər.
Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportu), nümayəndə müraciət etdikdə isə bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidir. Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.