Press "Enter" to skip to content

Çinin Twitter oyunu

Son yeniləmə: 27 Aprel 2022 13:31

Doğu Türküstandakı zülmü gizlətmək üçün 600-dən çox saxta hesab açılıb

Bayraqdar.info – Doğu Türküstanda çoxsaylı zülmlər törədən Çin bunu gizlətmək üçün müxtəlif addımlar atır. Bu arada isə bəlli olub ki, Çin Doğu Türküstandan yaşanan gerçəkləri gizlətmək üçün sosial şəbəkələrdə yeni oyuna baş vurub.

Belə ki, 600-dən çox saxta Twitter hesabı açılıb. Bu hesabların Doğu Türküstanla bağlı sistemli Çin təbliğatını yaydığı bildirilir.

Nisos kiber-kəşfiyyat şirkətinin apardığı araşdırmanın nəticəsində bu faktlar üzə çıxıb. 25 apreldə yayılan hesabata əsasən 648 saxta Twitter hesabını yaratmaqda məqsəd Çinin təqibi altında olan Doğu Türküstandakı faktları ört-basdır edərək, bölgə ilə bağlı müsbət statuslar paylaşmaqdır.

648 Twitter hesabından təşkilatlanmış şəkildə #xinjiang, #forcedlabor və #humanrights kimi həştəqlərlə bir neçə min tvit atılıb. Bu tvitlərdə Doğu Türküstanın ənənəvi rəqsləri və mənzərə şəkilləri kimi bölgənin həyatına dair sözdə müsbət görüntülər var. Bundan əlavə, bu hesablarda ərazidə məcburi əməyin mövcudluğunu inkar edən şəxslərin videoları yerləşdirilib.

Araşdırma zamanı bu tvitlərin Çində iş saatları ərzində, səhər 9-dan axşam 7-ə qədər göndərildiyi sübut edilib. O, hesabların əksəriyyətinin 2021-ci ilin avqustundan sonra yaradıldığı bildirilib.

Mission News Theme by Compete Themes.