Press "Enter" to skip to content

Azərbaycanın qabaqcıl təcrübəsi Litvada tətbiq edilə bilər

Son yeniləmə: 27 Aprel 2022 13:43

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Litva Respublikasında səfərdə olub.

Bu barədə bayraqdar.info-ya Fonddan məlumat verilib.

Məlumata əsasən DSMF İdarə Heyətinin sədr müavini Mətin Əsgərin bu ölkənin sosial təminat və əmək nazirinin müavini Vytautas Silinskas ilə görüşündə perspektiv əməkdaşlıq və ikitərəfli əlaqələrin genişləndirilməsinə dair məsələlər müzakirə edilib.

Litvanın Sosial Təminat və Əmək Nazirliyi yanında Dövlət Sosial Sığorta Fondunun (SODRA) rəhbəri Julita Varanauskienė ilə görüşdə sosial sığorta və sosial təminat sahəsində son illər ölkəmizdə aparılan islahatlar barədə məlumat verilib.

Bu sahədə Azərbaycanda əldə olunan innovativ yeniliklər, əhaliyə elektron infrastruktur üzərindən göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi və əhalinin sosial təminatı sahəsində qarşıda duran prioritet hədəflər qeyd edilib: “J.Varanauskienė sosial sığorta və sosial ödənişlərin təyinatı sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin Litvada tətbiq edilməsində maraqlı olduğunu bildirib. O, qurumlar arasında qarşılıqlı faydalı əlaqələrin genişlənəcəyinə əminliyini ifadə edib”.

Məluamtda bildirilib ki, Azərbaycan nümayəndə heyəti təqdimatlarla çıxış edib, ölkəmizin sosial təminat sisteminə dair qarşı tərəfi maraqlandıran sualları cavablandırıb. Fondun nümayəndə heyəti SODRA-nın yerli bölməsində vətəndaş qəbulu və müraciətlərə baxılması prosesi ilə də tanış olub.

Mission News Theme by Compete Themes.