Son yeniləmə: 27 Aprel 2022 17:04
Bayraqdar.info – Avropa Şurası tərəfindən həyata keçirilən “Democracy here. Democracy now” adlı yeni gənclər kampaniyası çərçivəsində Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə aprelin 26-da məlumat sessiyası keçirilib.
Bu barədə bayraqdar.info-ya aprelin 27-də Gənclər və İdman Nazirliyindən məlumat verilib. Proqrama əsasən, tədbirdə Avropa Şurasının Gənclərlə İş şöbəsinin əməkdaşları Pandea Anca-Ruxandra və Rüstəm Abdullayev, AŞ-ın rə rəhbər komitəsinin üzvü, Gənclər və İdman Nazirliyinin əməkdaşı Nisə Paşayeva Avropa Şurasının Təlimçilər Şəbəkəsinin üzvü Pərvanə Məmmədova, ARGTMŞ-in sədri Azər Əliyev və Avropa Şurasının gənclərlə iş üzrə məşvərət şurasının yeni seçilmiş üzvü Məryəm Məcidova çıxış ediblər. Onlar yeni gənclər kampaniyası və onun əhəmiyyəti, kampaniya çərçivəsində iştirak imkanları və mümkün fəaliyyətlər, eləcə də gənclərin fəal cəlb olunması üçün milli fəaliyyət planının hazırlanmasının zəruriliyi haqqında danışıblar.
“Məlumat sessiyasının ikinci hissəsində P.Məmmədovanın moderatorluğu və gənclərin birbaşa iştirakı ilə baş tutmuş qrup işləri, müzakirələr və məsləhətləşmələrin nəticəsində kampaniya çərçivəsində həyata keçiriləcək fəaliyyət planının layihəsi hazırlanıb”, – deyə məlumatda qeyd edilir.