Son yeniləmə: 27 Aprel 2022 10:04
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.
Bu barədə bayraqdar.info-ya DSMF-dən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər: “Beləliklə, aprel ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb. Aprelin 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 16-da ölkəmizin digər bölgələri üzrə pensiyalar və güzəştli şərtlərlə təyin edilmiş pensiyalar da ödənilib.