Son yeniləmə: 26 Aprel 2022 11:16
Bayraqdar.info – “Rum Baş yepiskopunun Pasxa münasibətilə verdiyi və Kıbrıs Rum Ortadoks Kilsəsinin keçmişdən bu günə Kıbrıs türk xalqı və Türkiyəyə qarşı nifrətini özündə əks etdirən açıqlamasını qınayırıq”.
Bu fikirlər Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada öz əksini tapıb.
KKTC-nin Bakıdakı nümayəndəliyindən verilən məlumata əsasən açıqlamda deyilib ki, Rum Ortadoks Kilsəsinin baş yepiskopluğu Kıbrıs türk xalqının uzun illərdir tuş gəldiyi qəddarlığın əsas günahkarıdır: “Keçmişdə və bu gün rum siyasi elitasına təsir etmək üçün gücündən istifadə edən Baş yepiskopluğun 1963-1974-cü illər arasında Kıbrıs türk xalqını adanın ərazisinin cəmi üç faizində təşkil edilən gettolarda ölüm və soyqırım təhlükəsi altında yaşamağa məhkum etməsi də yaddaşlarımızdadır”.