Son yeniləmə: 26 Aprel 2022 10:39
Bayraqdar.info – Energetika naziri Pərviz Şahbazov Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqı qəbul edib. Görüşdə iki ölkə arasında diplomatik əlaqələrin, iqtisadi-ticari münasibətlərin inkişafına toxunulub, energetika sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərindən bəhs edilib.
Bu barədə bayraqdar.info-ya aprelin 26-da Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfir Koreya şirkətlərinin energetika, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yüksək texnoloji imkanlara və böyük təcrübəyə malik olduğunu deyib. Diplomat onların Azərbaycanda həyata keçirilən layihələrdə iştiraka maraqlarını bildirib.
Energetika naziri isə ötən ilKoreyadan olan yüksək səviyyəli nümayəndə heyətlərinin Bakıya səfərləri zamanıkeçirilmiş görüşlərin iki ölkə arasındaəlaqələrin inkişafına təkan verdiyini və enerji sektorunda gələcək əməkdaşlıq üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərbarədə də fikir mübadiləsi aparılıb.