Son yeniləmə: 26 Aprel 2022 09:12
Bayraqdar.info – Krım tatar hüquq müdafiəçisi Tamila Taşeva Ukrayna prezidentinin Krımdakı daimi nümayəndəsi təyin edilib. Qeyd edək ki, o, bundan əvvəl Ukrayna prezidentinin Krımdakı daimi nümayəndəsinin müavini vəzifəsini daşıyırdı.
Kırım Haber Ajansı xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sənədi imzalayıb. Tamila Taşevanın müavini vəzifəsinə isə Denis Çistikov təyin edilib.