Son yeniləmə: 26 Aprel 2022 18:30
Bayraqdar.info – Aprelin 26-da Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib.
DİM-dən bayraqdar.info-ya verilən məlumata görə, iclasın gündəliyinə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 9 cu sinif kimya dərsliyi əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçasının dərsliklə müqayisəli təhlili məsələsi salınıb.
Bildirilib ki, iclasda işçi qrupunun üzvləri ilə bərabər DİM-lə ekspert kimi əməkdaşlıq etmək üçün elektron qeydiyyatdan keçmiş şəxslər də iştirak ediblər.
Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib.
Növbəti iclaslarda müzakirə davam etdiriləcək.