Son yeniləmə: 26 Aprel 2022 11:09
Bayraqdar.info – İraq Türkmən Cəbhəsinin yaradılmasının 27-ci ildönümüdür. Artıq bu münasibətlə silsilə tədbirlər keçirilir.
Əsas tədbir isə Kərkükdə baş tutub. Bu barədə Türkmeneli TV məluamt yayıb.
Məlumatda qeyd edilib ki, bayram tədbirində İTC başqanl Hasan Turan, Kərkük valsi Rakan Said, İTC İdarə Heyətinin üzvləri və çoxlu sayda kərküklü iştirak edib.
Xatırladaq ki, İTC 1995-ci il aprelin 24-də dönımin türkmən siyasətçiləri tərəfindən İraqın Ərbil şəhərində qurulub.
Mərasimdə çıxş edən H.Turan İTC-nin qurulduğu gündən bu yana İraqda türkmənlərin ən güclü və tək siyasi müdafiəçisi olduğunu deyib. İraqın hazırda çox çətin bir siyası prosesdən keçdiyini vurğulayan bu vəziyyətin türkmənlərə mənfi təsir etməməsi üçün İTC-nin üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyini deyib.