Press "Enter" to skip to content

İranın “müsəlman” “Şərq”inin erməni təəssübkeşliyi

Şuşa

Son yeniləmə: 26 Aprel 2022 10:19

Fars qonşularımız Dünya Azərbaycanlılarının Zəfər Qurultayını sancı ilə qarşılayıb

Bayraqdar.info – Ötən həftə Azərbaycan yenidən dünyanın diqqət mərkəzində idi. Buna səbəb isə ölkənin mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı oldu.

İstər ümumilikdə qurultay, istərsə də Azərbaycan Prezidenti İlham Əliyevin bu ali tədbirdəki çıxışı xarici mediada geniş təhlil olunur. Bir sözlə, xarici ölkələr tarixə Zəfər Qurultayı kimi düşən bu tədbirin əhəmiyyətinə toxunur, prosesə normal yanaşma sərgiləyir. Təkcə düşmənlərimiz Ermənistan, həmçinin düşmənlərimizin dostu, qardaşı olan İran tərəfindən bu qurultay sancı ilə qarşılanıb.

Həmin hədyanların əksini tapdığı məqalə

Cənub qonşularımız o qədər sancılanıblar ki, hətta Aəzrbaycana şər atmağa, hədə-qorxu gəlməyə başlayıblar. Hər halda, “Şərq” adlı mətbu orqanda Zəfər Qurultayı ilə bağlı yazılan hədyanlar belə deməyə əsas verir.

Sözügedən yazı ilə tanışılıq belə bir təəssürat yaradır ki, sanki onun müəllifi bir müsəlman-fars deyil, ermənidir. Araz News xəbər verir ki, məqalədə “erməni dili” ilə mövqe sərgiləyən müəllif Şuşanı “Şuşi” kimi təqdim edir.

Lakin bu, onun heç də yeganə həyasızlığı deyil. Belə ki, Vəhidə Kərimi adlı bu müxbir parçası dünya birliyi tərəfindən tanınan, regionun lider dövləti olan Azərbaycan Respublikasına qarşı heç bir çərçivəyə sığmayan tərbiyəsizlik edib. “Qarabağda xülya şənliyi” adlı cızma-qarasında müəllif Azərbaycan Respublikasını “Badukübə Cümhuriyyəti” kimi təqdim edir.

Qurultayla bağlı reallığın deyil, şərin, böhtanın, el dili ilə desək, küçə arvadlarının söz-söhbətinə oxşar iftiraların əks olunduğu yazıda müəllif həmsöhbət olduğu üç nəfərlə birlikdə bir qədər də irəli gedərək, Türkiyə və Azərbaycana böhtan atıb. Qurultay nümayəndələri arasında xaricdə yaşayan güneyli soydaşlarımızın olmasını guya İrana qarşı təhlükə kimi qələmə verməyə çalışan müəllif ölkəmizi hədələməkdən də çəkinməyib.

Əlavə edək ki, müəllifin yazısında fikirlərinə yer verdiyi fars şovinizminin təmsilçiləri olan şəxslər də Zəfər Qurultayına düşmən yanaşma sərgiləyiblər.

Mission News Theme by Compete Themes.