Son yeniləmə: 26 Aprel 2022 11:54
Bayraqdar.info – Aprelin 25-də Göygöl Olimpiya İdman Kompleksində bir qrup gənc cüdoçunun zəhərlənməsi ilə barədə yayılan xəbərlə bağlı Kompleksin direktoru Mövlud Mirəliyev bayraqdar.info-ya bildirib:”Dünən gənc idmançılar məşqdən sonra soyuq su içdikləri üçün mədələrində yüngül narahatlıq hiss ediblər.
“Onlar müayinə üçün xəstəxanaya aparılıblar və cəmi 2 saat ərzində müayinə olunduqdan sonra Kompleksə geri qaydıblar. Həmin idmançıların səhhətləri normaldır, özlərini yaxşı hiss edirlər hazırda məşqlərinə davam edirlər. Buna baxmayaraq, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib. Nəticəsi barədə əlavə informasiya veriləcək”.