Press "Enter" to skip to content

Prezident İlham Əliyev Latviya Baş nazirinin müavinini qəbul edib

Son yeniləmə: 26 Aprel 2022 17:01

Bayraqdar.info – Prezident İlham Əliyev aprelin 26-da Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi qəbul edib.

Prezientin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edilib. İqtisadiyyat, ticarət, investisiya, nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

“Söhbət zamanı Azərbaycan-NATO əlaqələrinə toxunulub. Prezident İ.Əliyevin ötən il NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri, Baş katib Yens Stoltenberq ilə görüşü və Şimali Atlantika Şurasının iclasında çıxışı xatırlanıb. Azərbaycanın NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında iştirakı vurğulanıb.

“Görüşdə, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə də əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, bu baxımdan ötən il keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığının Sammitinin əhəmiyyəti qeyd edilib.

“Qonaq ikinci Ermənistan-Azərbaycan müharibəsində əldə etdiyimiz Qələbə münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.