Press "Enter" to skip to content

Türkiyə EUFOR-u təkbaşına maliyyələşdirməyə hazırdır

Son yeniləmə: 25 Aprel 2022 13:29

Bayraqdar.info – Bosniya və Herseqovina mətbuatı böyük marağa səbəb olan bir iddia səsləndirib. Belə ki, Türkiyənin Bosniya və Herseqovinadakı Avropa Birliyinin sülhməramlı missiyası olan EUFOR-u təkbaşına maliyyələşdirmək təklifi ürəli sürdüyü iddia edilib.

Balkan News xəbər verir ki, bu iddia ilə Politicki.ba portalı çıxış edib. Diplomatik qaynaqlardan bilgi aldığını iddia edən portal Türkiyənin bu təklifi rəsmi olaraq müvafiq dairələrə təqdim etdiyni yazıb.

Qeyd edilib ki, EUFOR-un illik xərci 40-45 milyon avrodur. Bu məbləği ödəməyə hazır olan Türkiyə EUFOR missiyasını tamamilə öz nəzarətinə götürmək istəyir. Hazırda EUFOR sülhməramlı qüvvələrinin onurğa sütununu təşkil edən Türkiyənin bu qüvvə daxilində 200 əsgəri var.

Mission News Theme by Compete Themes.