Press "Enter" to skip to content

Səfirlə fikir mübadiləsi aparılıb

Son yeniləmə: 25 Aprel 2022 00:57

Bayraqdar.info – Filippinın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabre Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.

Məlumata əsasən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və səfir Maria Elena Alqabre arasında keçirilmiş görüşdə bir çox məqamlara toxunulub. Həmçinin KOB sahəsində Filippinin müvafiq qurumları ilə əlaqələrin qurulmasına, KOB-lara dəstək və xidmətlərin göstərilməsi sahəsində hər iki ölkənin təcrübəsinə, eləcə də potensial əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.