Son yeniləmə: 25 Aprel 2022 16:04
Bayraqdar.info – Qobustan Milli Tarix- Bədii Qoruğunun və Dağçılıq İdman Klubunun təşkilatçılığı ilə Qoruq ərazisində “Qobustan trail” cığır qaçışı keçirilib.
Qoruqdan bayraqdar.info-ya bildirilib ki, qaçış dairəvi marşrut üzrə Muzey binasından başlayıb və Qoruğun ərazisini əhatə edib. Marafona 100-dən artıq idmançı qoşulub. Sonda marafon iştirakçılarına qalib olduqları yer üzrə medallar təqdim olunub, xatirə şəkilləri çəkilib.