Press "Enter" to skip to content

Prezident İlham Əliyev İqor Xovayevi qəbul etdi

İlham Əliyev və İqor Xovayev

Son yeniləmə: 25 Aprel 2022 13:09

Bayraqdar.info – Prezident İlham Əliyev aprelin 25-də Rusiyan Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Prezidentin Mətbuat xidmətinin yaydığı çəlumatda deyilir ki, görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsip əsasında iki ölkə arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olunub.

“Prezident İ.Əliyev sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibinin müəyyən edildiyini vurğuladı, ölkəmizin Ermənistanla danışıqlara hazır olduğunu qeyd edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb”. Məlumatda belə bildirilir.

Mission News Theme by Compete Themes.