Son yeniləmə: 25 Aprel 2022 12:32
Bayraqdar.info – Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, aprelin 27-də Milli Məclisin İnsan hüquqları və İctimai birliklər və dini qurumlar komitələrinin Şuşada birgə keçiriləcək iclasının gündəliyinə 3 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə;
2. Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmə;
3. Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrlə bağlı dinləmələr.