Press "Enter" to skip to content

Həkəri və Bərgüşad çaylarına balıq körpələri buraxılıb

Bərgüşad və Həkəri çaylarına körpə balıqlar buraxıldı

Son yeniləmə: 25 Aprel 2022 16:10

Bayraqdar.info – Su hövzələrində balıq populyasiyasının artırılması, ekosistemin qorunması və su bioresurslarının bərpasına dəstək məqsədilə Qubadlı rayonu ərazisindən keçən Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə balıq körpələrinin buraxılışı həyata keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bayraqdar.info-ya bildirib ki, Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunmasına və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə çaya 2 min qızıl xallı farel körpəsi buraxılıb.

Bərgüşad və Həkəri çaylarına körpə balıqlar buraxıldı

Xidmət rəsmisi balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırıb.

Mission News Theme by Compete Themes.