Son yeniləmə: 25 Aprel 2022 16:15
Bayraqdar.info – Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Elm və Texnika Sənədləri (DETSA) Arxivinin 2022-ci ilin iş planına uyğun olaraq Bakı şəhəri Yasamal rayonu İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin arxivə ekskursiyası təşkil olunub.
İdarədən bayraqdar.info-ya bildirilib ki, ekskursiyada DETSA-nın Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri Səadət Cabbarova şagirdlər qarşısında çıxış edərək arxivin əsas iş fəaliyyəti istiqamətləri, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında ətraflı məlumat verib.
“Mərkəzi Laboratoriyanın direktoru Rəfiqə Korenkova arxiv sənədlərin bərpası, cildlənməsi və s. haqqında şagirdləri maraqlandıran sualları cavablandırıb və iş prosesini praktiki olaraq nümayiş etdirib. Daha sonra şagirdlər arxivdə sənədlərin mühafizə şəraiti ilə əyani tanış olublar”, – deyə xəbərdə bildirilir.