Press "Enter" to skip to content

Daha 11 peşə üzrə hazırlıq kursuna başlanıb

Son yeniləmə: 25 Aprel 2022 13:30

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində daha 11 peşə üzrə hazırlıq kursuna başlanıb.

Bu barədə bayraqdar.info-ya aprelin 25-də ƏƏSMN-dən məlumat verilib.

Bilidrilib ki, 152 işsiz şəxsin cəlb olunduğu kurslar qənnadçı, şirniyyatçı, alətçi – çilingər, dayə, mobil telefonların təmiri ustası, minaaxtaran, bağban və s. peşələr üzrədir: “İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə müəssisələrdə təcrübə keçmələrinə də şərait yaradılacaq. Kursun sonunda imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək”.

Qeyd olunub ki, peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd də veriləcək.

Mission News Theme by Compete Themes.