Press "Enter" to skip to content

Azərbaycan XİN-dən ABŞ Prezidentinə sərt cavab

Xarici İşlər Nazirliyi

Son yeniləmə: 25 Aprel 2022 09:02

XİN: ABŞ Prezidentinin bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin növbəti dəfə təhrif olunması təəssüf doğurur

Bayraqdar.info – “ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında növbəti dəfə 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur”.

Bayraqdar.info-ya verilən məlumata görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ Prezidentinin erməni anım günü münasibətilə çıxışına dair şərhində bildirilib.

Qeyd edilib ki, bir əsr bundan əvvəl baş verən hadisələrin yanlış şəkildə təqdim edilməsi və qondarma “erməni soyqırımı” məsələsinin siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdləri qəbuledilməzdir.

“ABŞ Prezidentinin bu bəyanatı, həmçinin hazırda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlara uyğun gəlmir.

“1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Tarixin saxtalaşdırılması cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”, – deyə daha sonra şərhdə vurğulanıb.

Mission News Theme by Compete Themes.