Press "Enter" to skip to content

“Azərsu” xəbərdarlıq edir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC

Son yeniləmə: 25 Aprel 2022 15:28

Qurumun adından dələduzluq edən şəxs peyda olu

Bayraqdar.info – Bakı şəhəri Nizami rayonunun ərazisində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

Bu barədə bayraqdar.info-ya aprelin 25-də “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və “Azərsu” ASC-nin xidməti geyimində olan bu şəxs sahibkarlardan su sayğacının quraşdırılması və dəyişdirilməsi müqabilində pul tələb edirmiş: “Həmin şəxs Nizami rayonu R.Rüstəmov 50A ünvanında yerləşən özəl uşaq bağçasına 80 manata su sayğacının quraşdırılmasını təklif edib. Bundan sonra bağçanın rəhbərliyi məsələ ilə bağlı “Azərsu” ASC-nin Nizami rayon Sukanal İdarəsinə müraciət edib. İdarənin əməkdaşları dərhal hadisə baş verən obyektdə olub. Həmin şəxs ərazidən uzaqlaşsa da, kamera görüntüləri əldə olunub. Ətrafda yerləşən obyekt və mənzillərin sahibləri də əvvəllər onlara qarşı belə halın baş verdiyini bildiriblər. Aşkar olunmuş fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.

“Vətəndaşların diqqətinə çatdırırıq ki, xidməti vəzifələrini yerinə yetirən “Azərsu” əməkdaşlarından vəsiqə tələb edilməli, heç bir halda onlara nağd pul ödənilməməlidir. Əməkdaşların və ya özünü “Azərsu” ASC-nin işçisi kimi təqdim edən şəxslərin qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.

“Abonentlərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər”, – deyə məluamtda daha sonra bildirilib.

Mission News Theme by Compete Themes.