Son yeniləmə: 23 Aprel 2022 19:12
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni videoçarx təqdim edib. Həmin videoçarx əlilliyi olan şəxslərin aktiv həyata dönüşü üçün onların reabilitasiya vasitələri, o cümlədən protez-ortopedik vasitələrlə təminatından bəhs edir.
Bu barədə bayraqdar.info-ya aprelin 23-də ƏƏSMN-dən məlumat veirlib.
Bildirilib ki, bu ilin ilk rübündə nazirlik tərəfindən əlilliyi olan şəxslərə 13,1 min reabilitasiya vasitəsi verilib. 2020-ci ilin dekabr ayından başlanan yeni proqram çərçivəsində isə 270 nəfər müharibə əlili 290 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə təmin edilib.
“Həyata bizimlə addım atın” devizini ifadə edən videoçarxda reabilitasiya vasitələrinin, habelə dünyanın məşhur şirkətləri ilə əməkdaşlıq müstəvisində 4-cü nəsil müasir protezlərin hazırlanması, təqdim olunması və onların üstünlüklərindən bəhs olunur.