Press "Enter" to skip to content

“Nar”dan Beynəlxalq Kitab Günü münasibətilə sosial media müsabiqəsi

Son yeniləmə: 23 Aprel 2022 19:26

Bayraqdar.info – “Nar” Beynəlxalq Kitab Günündə Azərbaycanın ən böyük ödənişsiz səsli kitabxanası olan “Canlı Kitab” layihəsindən daha çox insanın xəbərdar olması və faydalanması üçün feysbuk və instaqram səhifələrində maraqlı müsabiqə keçirir. Mobil operatorun sosial media səhifələrini izləməklə müsabiqənin şərtləri ilə tanış ola və dəyərli hədiyyələrdən birini qazana bilərsiniz.

Bu barədə bayraqdar.info-ya verilən məlumatda deyilir ki, Azərbaycandilli auditoriya üçün yaradılmış “Canlı kitab” səhifəsində 70-dək müəllifin 600-ə yaxın bədii ədəbiyyat əsəri səsləndirilib.

Qısa zaman ərzində zəngin kitabxana quran “Canlı Kitab” bədii ədəbiyyatı görmə məhdudiyyətli insanlara, həmçinin vaxt azlığı səbəbindən kitab oxumağa imkanı olmayan şəxslərə çatdırır. Beynəlxalq Kitab günü münasibətilə “Belə-belə işlər” komandası da bu audiokitabxananın ərsəyə gəlməsi və önəmi barədə maraqlı videosüjet hazırlayıb. Videosüjeti “Belə-belə işlər” layihəsinin sosial media səhifələrindən izləyə bilərsiniz.

“Canlı Kitab” layihəsi mobil operator “Nar”ın dəstəyi ilə ərsəyə gəlib və bu tərəfdaşlıq sayəsində audiokitabxana yenilənir və ödənişsiz əsasda fəaliyyət göstərir. Hazırda audioresursların digər sosial media platformalarına yerləşdirilməsi prosesi başlayıb. Yaxın günlərdə səsli kitab həvəskarları “SoundCloud” üzərindən də “Canlı Kitab”ı dinləyə biləcəklər.

Mission News Theme by Compete Themes.