Press "Enter" to skip to content

“23 Aprel –Dünya Kitab və Müəlliflik Hüququ günü” virtual sərgisi

Milli Kitabxana

Son yeniləmə: 23 Aprel 2022 12:40

Bayraqdar.info – 23 Aprel Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.

Bu münasibətlə M.F.Axundov adına Milli Kitabxananın əməkdaşları tərəfindən “23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bayraqdar.info-ya bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

“Qeyd edək ki, tarixdə 23 aprel dünya ədəbiyyatında simvolik bir tarixə malikdir. Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli müəlliflərin vəfat etdiyi gündür. Həmin tarix kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək, hər kəsi bəşəriyyətin məkan və zaman sərhədlərini aşaraq ideyaları paylaşmaq üçün ən gözəl ixtira, həmçinin yoxsulluğun aradan qaldırılması və sülhün bərqərar edilməsinin başlıca qüvvəsi olan – kitabları əldə etməyə təşviq etmək məqsədilə 1995-ci ildə Parisdə keçirilmiş UNESCO-nun Baş Konfransının təbii seçimi idi.

“Dünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir. Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitabın sehrli gücünü tanımaq üçün hər il aprelin 23-də bütün dünyada tədbirlər keçirilir. Azərbaycanda bu əlamətdar tarix 1997-ci ildən qeyd olunur.

““Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mədəni-ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”, – deyən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev milli sərvətimiz olan mədəniyyətimizi, ədəbiyyatımızı, kitab nəşrini, bir sözlə, xalqımızın mədəni səviyyəsini yüksək qiymətləndirmişdir”. Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.