Press "Enter" to skip to content

Yenə də dumanlı hava

Dumanlı hava

Son yeniləmə: 22 Aprel 2022 13:22

Bayraqdar.info – Dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə bayraqdar.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumatda deyilir: “Aprelin 23-də səhər və axşam saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Qusar, Ağsu-Kürdəmir-Bəhramtəpə, Yevlax-Zaqatala, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Gəncə-Kəlbəcər-Laçın, Goran-Naftalan, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görmə məsafəsinin 200-800 metrədək məhdudlaşacağı gözlənilir”.

Mission News Theme by Compete Themes.