Press "Enter" to skip to content

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Nazirlər Kabineti

Son yeniləmə: 22 Aprel 2022 15:14

Tibbi maskadan istifadə tələbi isə ləğv edildi

Bayraqdar.info -Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Qərar imzalayıb.

Bu barədə bayraqdar.info-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il iyulun 1-i saat 06:00-dək uzadılıb.

Qərarda, həmçinin qeyd olunub ki, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv edilir.
Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə olunur.

Mission News Theme by Compete Themes.