Press "Enter" to skip to content

Vergi orqanlarına daxil olan müraciətlərin sayı

Son yeniləmə: 22 Aprel 2022 10:31

Bayraqdar.info – 2022-ci ilin I rübündə vergi orqanlarına 64 min 405 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz azdır. Daxil olmuş müraciətlərdən 90,5 faizi ərizə, 9,4 faizi şikayət, 0.1faizi təklif olub. 46 müraciətin icrası xüsusi nəzarətə götürülüb.

Bu barədə bayraqdar.info-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvar-mart ayları ərzində baxılmış müraciətlərdən 68,3 faizi tam və ya qismən həll olunub, 28,7 faizi barədə müvafiq izahat verilib, qalanları barədə qanunvericiliyə uyğun qaydada qərarlar qəbul edilib: “2022-ci ilin I rübü ərzində Dövlət Vergi Xidmətinin Aparatında ümumilikdə 81 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı vətəndaşların müraciətlərinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həll edilməsi mümkün olmayan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib”.

Mission News Theme by Compete Themes.