Press "Enter" to skip to content

Təhsil naziri 5 rayonun təhsil ictimaiyyəti ilə

Emin Əmrullayev

Son yeniləmə: 22 Aprel 2022 10:25

Bayraqdar.info – Aprelin 21-də təhsil naziri Emin Əmrullayev Şəmkir rayonuna səfəri çərçivəsində Qazax – Tovuz Regional Təhsil İdarəsinə daxil olan Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbə müdirləri, müdir müavinləri və məktəb direktorları ilə görüşüb.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, görüş zamanı sözügedən bölgələrdə təhsil sahəsi üzrə mövcud problemlər və onların həlli ilə bağlı fikirlər səsləndirilib, təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar və görüləcək işlər müzakirə olunub.

“O cümlədən, görüşdə iştirak edən bölgələr üzrə IX sinif buraxılış imtahanının nəticələri, direktorların fəaliyyəti, valideyn-məktəb münasibəti və digər məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

“Görüşdə yerli təhsili idarəetmə qurumlarının gələcək fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar verilib, həmçinin təkliflər dinlənilib və suallar cavablandırılıb”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.