Press "Enter" to skip to content

Qılıncoynatma üzrə beynəlxalq turnirdən qızıl medal

Son yeniləmə: 22 Aprel 2022 15:08

Bayraqdar.info – Türkiyənin Antalya şəhərində oğlan və qızlar arasında qılıncoynatma idman növü üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Türkiyə, ABŞ, Gürcüstan, Qazaxıstan və Azərbaycan komandaları mübarizə aparıb.

Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, turnirdə Təhsil Nazirliyinin 1 nömrəli idman liseyinin idmançılarından Mirnuray Abbasova (U-12) və Nəzrin Mehdiyeva (U-14) qılıncoynatmanın şpaqa növü üzrə I yer tutaraq yarışın qızıl medalını qazanıb.

Mission News Theme by Compete Themes.