Son yeniləmə: 21 Aprel 2022 23:53
Bayraqdar.info – Aprelin 24-də Pirallahı adasında yerləşən Nərəkənd parkının (Nərəkənd İstirahət Mərkəzi) ərazisində “IronWind Duatlon” adlı turnir keçiriləcək.
Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə “Triterra Baku Triathlon Club” tərəfindən keçirilir.
Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Duatlon 3 mərhələdən ibarətdir. İdmançılar 5 kilometr qaçmalı, 20 kilometr velosiped sürməli və sonra isə 2,5 kilometr qaçmalı olacaqlar. Turnir həm fərdi həm də estafet formatında baş tutacaq.