Son yeniləmə: 22 Aprel 2022 09:52
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) 26-cı hökuməti istefa verəndən sonra gözlər Cümhurbaşqanı Ersin Tatardadı. Çünki indi hər kəs onun yeni hökuməti qurmaq səlahiyyətini kimə verəcəyini maraqla gözləyir.
Bu arada E.Tatar aprelin 21-dən artıq parlamentdə təmsil olunan partiyaların liderləri ilə görüşlərə başlayıb. Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Qeyd edilib ki, E.Tatar aprelin 21-də müvafiq olaraq, YDP, HP və DP sədrlərini qəbul edib. Bu gün isə CTP və UBP sədrləri ilə Cümhurbaşqanı arasında görüş keçiriləcək. O görüşlərdən sonra yeni hökumətin qurulması səlahiyyətinin kimə veirildiyi bəlli olacaq.
E.Tatarla görüşdən sonra mətbuata açıqlama verən partiya sədrləri yeni hökumətlə bağlı mövqeləri sərgiləyiblər. Məsələn YDP sədri Erhan Arıklı deyib ki, bu çətin vəziyyətdən çıxış yolu kimi geniş əhatəli bir hökumət qurula bilər. Əgər bu olmazsa o zaman iki böyük partiyanın iştirakı ilə hökumət qurula bilər. Bu da olmazsa, o zaman 26-cı hökumət kimi üçlü koalisiya qurula bilər.
E.Arıklı təcili olaraq yeni hökumətin qurulması üçün bir partya sədrinə səlahiyyət verilməsinin, səlahyyəti alan şəxsin də tez bir şəkildə hökuməti qurmasının vacib olduğunu deyib. O, hökuməti qurmaq mümkün olmasa, növbədənkənar seçkilərin də çıxış yolu olduğunu, demokratik ölkələrdə son sözün xalqın olduğunu qeyd edib.
HP başqanı Kudret Özersay 26-cı hökuməti sərt tənqid edib. O, baş verənlərə görə F.Sucuoğlunu günahkar sayıb.
K.Özersay həmçinin “Cümhurbaşqanından tələb etdik ki, vaxt itirilməsin, tez bir zamanda Faiz bəy səlahiyyəti alıb hökuməti formalaşdırsın”, – deyib.
DP sədri Fikri Ataoğlu da hökumətin tez bir zamanda qurulmasının vacibliyini önə sürüb.
DP olaraq məsuliyyətdən qaçmayacaqlarını ifadə edən F.Ataoğlu, aprelin 20-də axşam saatlarında verdiyi açıqlamaya diqqət çəkərək, 5 partiyalı konsensus hökumətinin qurulması lazım olduğunu təkrarlayıb.
Bu arada isə UBP Məclisi genel başqan Faiz Sucuoğluna yeni hökuməti qurmaq üçün tam səlahiyyət verib.
[…] KKTC Cümhurbaşqanı partiya sədrləri ilə görüşür […]