Press "Enter" to skip to content

İranla Ermənistan daha da qardaşlaşır

Ermənistan səfiri və İran deputatı

Son yeniləmə: 21 Aprel 2022 22:43

Bayraqdar.info – İran parlamentinin Kerman vilayətindən olan deputatı İran və Ermənistan arasındakı iqtisadi və ticarət əlaqələrinin hazırkı şəraitdə azalmağa doğru getdiyini vurğulayaraq deyib: “Hər iki ölkənin özəl sektorunun və ticarət palatalarının iştirakı və biznes adamlarının görüşü qarşılıqlı əlaqələrin inkişafı prosesində zəruri və əhəmiyyətlidir”.

“Azad İran” Telegram kanalı İran parlamentinin icana.ir xəbər ajansına istinadla yazır ki, Ermənistanın Tehrandakı səfiri Arsen Avakyan İslam Şurası Məclisinin üzvü Şahbaz Həsənpur Biqleri ilə görüşüb. Görüşün əvvəlində deputat iki xalq arasında tarixi münasibətlərə toxunaraq deyib: “İki tarixi qonşu olan Ermənistan və İran arasında sabit münasibətlərin uzunömürlü olması uzun tarixə dayanır”.

O, daha sonra iddia edib ki, İran və Ermənistan arasındakı münasibətlər həmişə zəruriliyə və xüsusi qarşılıqlı əlaqələrə əsaslanıb və qlobal proseslər iki ölkə arasındakı əlaqələrin inkişafına heç bir xələl gətirə bilməyib.

Erməni səfirin sözlərinə görə, Ermənistanda Kerman vilayəti ilə bağlı əlverişli perspektiv var və iki ölkə arasında iqtisadi və ticari əlaqələri artırmaq bu münasibətlərin genişlənməsinə zəmin yaradacaq.

Qeyd edək ki, Qarabağın işğalı dövründə Ermənistan Azərbaycan tərəfindən iqtisadi mühasirəyə salınmışdı. Lakin bu illər ərzində İran Ermənistana hər cür açıq dəstək göstərərək işğalın davam etməsi üçün münbit şərait yaradırdı. Qarabağın Azərbaycan Ordusu tərəfindən azad edilməsindən sonra isə İran Ermənistana dəstəyini daha da artırıb. Bunu son vaxtlar iki ölkə arasında bir çox sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün keçirilən intensiv görüşlərdə də göstərir.

Mission News Theme by Compete Themes.