Son yeniləmə: 22 Aprel 2022 13:06
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi “Big Data” texnologiyalarından istifadə edəcək.
Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, “Big Data” texnologiyaları böyük həcmli məlumatların idarə olunması, saxlanması, təhlili, ötürülməsi, vizualizasiyası və təhlükəsizliyi üçün yeni texnoloji imkanları əhatə edir. Mərkəzin “Big Data” texnologiyalarını tətbiq etməsi sosial sahələrdə çoxsaylı elektron xidmətlərin göstərilməsi şəraitində sürətlə artan, böyük həcmli məlumatların daha optimal, effektiv idarə və təhlil olunmasına imkan verəcək.
Həmçinin məlumatların təhlili əsasında müəyyən gözləntilərlə bağlı dəqiq proqnozlaşdırmalara şərait yaradacaq.
Müasir dünya təcrübəsində geniş istifadə edilən “Big Data” texnologiyaları sənayenin bütün sferalarına nüfuz edib. Habelə bir sıra sahələrdə (səhiyyə, enerji və s.) dəqiq proqnozlaşdırmaların aparılması üçün tətbiq olunur.