Press "Enter" to skip to content

Bosniya və Herseqovinada türkcə kurslar

Son yeniləmə: 22 Aprel 2022 15:30

Bayraqdar.info – Bosniya və Herseqovinanın Banja Luka Universitetində türkcə kurslar başlayıb. Türk dili kursu universitetin Filologiya fakultəsində açılıb.

Bu barədə Balkan News məlumat yayıb.

Məlumatda deyilir ki, türkcə kurs Yunus Emre İnstitutu ilə TİKA-nın birgə əməkdaşlığı sayəsində açılıb. Türkiyənin Banja Lukadakı baş konsulu Oğuz Kılıç fəaliyyətə başladığı gündən bu kursun açılaması üçün cəhdlər etdiklərini deyib.

Baş konsul bunun üçün Banja Luka Universitetinin türkcə kursu üçün sinif ayırdığını bildirib. Kursların həftədə iki, yaxud üç dəfə keçiriləcəyini deyən O.Kılıç əgər təlabat olarsa, bir ildən sonra daha bir sinifin də açıla biləcəyini vurğulayıb.

Mission News Theme by Compete Themes.