Press "Enter" to skip to content

Bakıda cocuq şöləni olacaq

Son yeniləmə: 22 Aprel 2022 18:38

Bayraqdar.info – Məlum olduğu kimi 23 Nisan Ulusal Egemenlik və Çocuk Bayramı münasibətilə ənənəvi olaraq qardaş Türkiyədə və dünyada müxtəlif tədbirlər keçirilir. Onu da qeyd etmək yerinə düşər ki, hər il Azərbaycanda da bu bayram xüsusi qeyd edilir.

Bu il də ənənəyə sadiqlik nümayiş etdiriləcək. Belə ki, aprelin 23-də bu bayram münasibətilə Bakıda gözəl bir konsert proqramı təşkil ediləcək. Bu barədə bayraqdar.info-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Heydər Əliyev Sarayında baş tutacaq bayram tədbiri sayğı duruşu, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayacaq.

Protokol çıxışlarından sonra səhnə uşaqların ixtiyarına veriləcək. Tamaşaçılar Bakı Türk Orta Okulu, Bakı Türk İlk Okulu, TDAV Bakı Atatürk Liseyi, TDV Bakı Türk Liseyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinın şagirdlərinin ifasında bir-birindən maraqlı musiqi və rəqs nömrələrinə tamaşa edə biləcəklər.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.