Press "Enter" to skip to content

Avropa ölkələrinə məhsul ixracına başlanılıb

Son yeniləmə: 22 Aprel 2022 15:26

Bayraqdar.info – İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC Avropa ölkələrinə – Almaniya, İtaliya, İngiltərə, Rumıniya və Bolqarıstana – sürtgü yağları və radiator mayesinin ixracına başlayıb. Şirkət tərəfindən bu ölkələrə ilkin mərhələdə 2 min tondan çox məhsul göndərilib və növbəti mərhələdə bunun 10 min tona çatdırılması planlaşdırılır.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, “Alco” MMC 2016-cı ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İnvestisiya dəyəri 15 milyon ABŞ dolları olan müəssisədə 100-dək işçi çalışır.

Müəssisə fəaliyyətə başlayandan 2021-ci ilin sonunadək 36 min tondan çox məhsul istehsal edilib ki, bunun da 6 min tonu daxili bazarda satılıb, 30 min tonu isə ixrac edilib. İstehsal olunan məhsullar əsasən, Türkiyə, Gürcüstan, Ukrayna, İraq, Livan, Polşa, Moldova, Türkmənistan və başqa ölkələrə ixrac edilir.

Mission News Theme by Compete Themes.