Son yeniləmə: 22 Aprel 2022 13:10
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində Mediasiya Şurasının nümayəndələri ilə görüş olub.
Bu barədə bayraqdar.info-ya Agentlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə Agentliyin İdarə heyətinin sədri Mustafa Abasbəyli, Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov və digər nümayəndələr iştirak edib: “M.Abasbəyli bildirib ki, Agentliyin fəaliyyətinin təşkilində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Agentliyin Nizamnaməsi, Prezidentin fərmanları, sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, Nazirliyin normativ-hüquqi aktları və Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamları rəhbər tutulur, dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslərlə birgə layihələr həyata keçirilir”.
N.Adilov da mediasiya prosesinin tətbiqinə dair maarifləndirmə və təşviqat işləri aparıldığını qeyd edərək, mediasiyanın gələcək perspektivləri haqqında məlumat verib.
Görüşdə Mediasiya Şurası ilə Agentliyin birgə fəaliyyətinin verəcəyi töhfələr, formal və qeyri-formal məşğulluqda mediasiyanın faydaları və bu sahə üzrə gələcək perspektivlər müzakirə edilib. Yaranan mübahisələr üzrə mediasiya işləri üçün Mediasiya Şurası tərəfindən məsul şəxs təyin edilməsi qərara alınıb.
Həmçinin Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə mediatorlar üçün kursların keçirilməsi, regionlarda ailə, əmək və kommersiya münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl maarifləndirmə proqramlarının həyata keçirilməsi, açıq qapı günlərinin təşkili, rəqəmsal mediasiyanın yaradılması ilə bağlı təklif və məsləhətlər verilib.