Press "Enter" to skip to content

“Ən yaxşı qumbaraatan heyəti” – VİDEO

Son yeniləmə: 22 Aprel 2022 11:50

Bayraqdar.info – “Ən yaxşı SPQ-9 və AQS-17 (AQS-30) heyəti” adı uğrunda yarışlar keçirilib. Yarışlar Quru Qoşunlarının 2022-ci tədris ilinin hazırlıq planına əsasən baş tutub.

Bu barədə bayraqdar.info-ya aprelin 22-də Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, atışdan əvvəl hərbi qulluqçuların nəzəri bilikləri yoxlanılıb. Fiziki hazırlıq, taktiki hazırlıq və mühəndis hazırlığı üzrə normativlər qəbul olunub.

6 mərhələ üzrə keçirilən yarışda heyətlər tank əleyhinə dəzgahlı qumbaraatanlardan şərti düşmənin müxtəlif hədəflərini məhvetmə, həmçinin dəzgahlı avtomatik qumbaraatanlardan yarımdüzünə tuşlama ilə yerindən atəş üzrə təlim atış çalışmalarında öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışın keçirilməsində əsas məqsəd şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də döyüş hazırlığı üzrə fərqlənən hərbi qulluqçuların mükafatlandırılmasıdır.

Mission News Theme by Compete Themes.