Press "Enter" to skip to content

SOCAR dənizdə təhlükəsizlik tədbirlərini gücləndirib

SOCAR

Son yeniləmə: 21 Aprel 2022 11:13

Bayraqdar.info – Respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin dənizdəki istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

SOCAR-dan bayraqdar.info-ya verilən məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

“Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarət altındadır”, – deyə məlumatda qeyd olunub.

Mission News Theme by Compete Themes.