Son yeniləmə: 21 Aprel 2022 19:48
Bayraqdar.info – Prezident İlham Əliyev aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış olub.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, ölkə rəhbəri Şuşa şəhərinin Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşasına baxıb. O, Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə də tanış olub.