Press "Enter" to skip to content

Nazir Cəlilabadda vətəndaşlarla görüşüb

Son yeniləmə: 21 Aprel 2022 18:05

Bayraqdar.info – Aprelin 21-də energetika naziri Pərviz Şahbazov Cəlilabadda vətəndaşları qəbul edib.

Bu barədə bayraqdar.info-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul Nazirliyin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilib: “Qəbulda vətəndaşlar elektrik enerjisi təchizatı, enerjidən istifadəyə görə yaranmış cərimə və borcun silinməsi,elektrik enerjisinin keyfiyyəti, kəndlərin elektrik təsərrüfatı,elektrik dirəklərinin vəziyyəti,hava elektrik veriliş xəttinin yerinin dəyişdirilməsi,ərazilərin qazlaşdırılması, işlə təminat, eləcə də bərpa olunan enerji sahəsi üzrəictimai birliyin yaradılması təklifi ilə bağlı müraciətlərini diqqətə çatdırıblar”.

Vətəndaşların müraciətləri dinlənilib, həlli araşdırma tələb edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbul zamanı Bakı şəhəri,Cəlilabad, Lənkəran və Biləsuvar rayonlarındanolan 30-a yaxın vətəndaşın müraciətlərinə baxılıb.

Mission News Theme by Compete Themes.