Son yeniləmə: 21 Aprel 2022 13:00
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramında gənclərin də iştirakına üstünlük verilir.
Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, son 3 ayda 1000-dən çox gənc özünüməşğullluq proqramına cəlb edilib. Onlar istehsal, xidmət və kənd təsərrüfatı sahələri üzrə proqramda iştirak üçün qeydiyyata alınıb və təlimlərə cəlb olunublar.
Təlimləri uğurla bitirənlərin aktivlərlə təminatı həyata keçirilir.
Qeyd edək ki, ötən il də 4300-dək gənc özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün kiçik bizneslər yaradılıb.