Son yeniləmə: 21 Aprel 2022 11:29
Bayraqdar.info – Xəzər dənizi akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.
Bu barədə bayraqdar.info-ya aprelin 21-də ASCO-dan bildirilib. Məlumata görə, gəmilərə ötən gündən göndərilən xəbərdarlıqda gəmi kapitanlarına təhlükəsizliyin təmin edilməsinə dair müvafiq digər təlimat və tapşırıqlar verilib.
“Günün ikinci yarısı küləyin səngiyəcəyi gözlənilir. ASCO donanmasına aid gəmilər bundan sonra fəaliyyətlərini davam etdirəcəklər”, – deyə məlumatda qeyd olunub.