Press "Enter" to skip to content

Fars-molla rejimi Təbrizdə erməni muzeyi yaradır

Təbriz erməni yepiskopu

Bayraqdar.info – İranın fars-molla rejimi qədim Azərbaycan şəhəri Urmiyanı “kürdləşdirəndən” sonra indi də Təbrizi “erməniləşdirmək” eşqinə düşüb.

“Azad İran” Telegram kanalı xəbər verir ki, İran hökumətinin rəsmiləri Təbrizdə ermənilərin muzeyinin açılacağını bəyan edib.

Bu barədə məlumat yayan Şərqi Azərbaycan vilayətinin Mədəni Miras, Turizm və Əl Sənayesi Baş İdarəsinin müdiri Əhməd Həmzəzadə bildirib ki, sözügedən muzeyin açılması rəhbərlik etdiyi qurumla ermənilərin Şərqi Azərbaycan vilayətindəki baş yepiskopunun birgə planıdır.

Maraqlıdır ki, erməni yepiskop Grigor Çiftçiyan yuxarıda adı çəkilən İran hökuməti qurumunun “əsas məqsəd”lərindən birinin “ermənilərin abidələrini” qorumaq olduğunu deyib. O, indiyə qədər bu idarə tərəfindən Şərqi Azərbaycanda “çox sayda erməni abidələri”nin təmir edildiyini də qeyd etməyi unutmayıb.

Qeyd etmək lazımdır ki, elə Şərqi Azərbaycan vilayəti və Təbrizdə Güney Azərbaycanlıların tarixi abidələri dövlət tərəfindən təmir edilmədiyindən dağılıb, bir çoxu isə dağılmaq üzrədir. Belə olan halda İran rejiminin bir ovuc erməninin özlərinə aid olduğunu iddia etdikləri tikililəri təmir etməkdə məqsədi sual doğurmaya bilməz.

Mission News Theme by Compete Themes.