Press "Enter" to skip to content

Xeyli miqdarda qızılın ölkədən çıxarılmasının qarşısı alındı

Qızıl

Son yeniləmə: 20 Aprel 2022 12:46

Bayraqdar.info – Gömrükçülər külli miqdarda qızıl-zinət əşyalarının qanunsuz olaraq gömrük sərhədindən keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən (DGK) bayraqdar.info-ya verilən xəbərə görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda gəmi nəqliyyat vasitəsi ilə Qazaxıstana gedən Azərbaycan vətəndaşının müşayiət olunan əl baqajlarına “X-Ray” rentgen qurğusunda baxış keçirilib.

“Baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl baqajında yoxlama aparılıb və çantalardan birindəki çoxfunksiyalı radioqəbuledicinin içərisindən yapışqanlı lentlə bir-birinə bərkidilmiş 8 ədəd bükülü aşkar edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.