Press "Enter" to skip to content

Tərtərdə karxana sahibləri ilə görüş

Son yeniləmə: 20 Aprel 2022 09:19

Bayraqdar.info – Karxana fəaliyyəti ilə məşğul olan sahibkarların bu sahənin hüquqi normaları haqqında maarifləndirilməsi və onların qarşılaşdıqları problemlərin həllinə dəstək məqsədilə görüşlər davam edir. Növbəti görüş Tərtərdə baş tutub.

Bu barədə bayraqdar.info-ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, KOBİA-nın təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları Tərtər rayonunda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, KOBİA-nın, Tərtər Rayon İcra Hakimiyyətinin, Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının nümayəndələri iştirak edib.

Tədbirdə karxana sahiblərinin problemləri fəaliyyət göstərdikləri ərazilərə baxış keçirilməklə yerində dinlənilib. Görüşdə karxana sahiblərinə və bu sektorda fəaliyyətə maraq göstərən şəxslərə karxana fəaliyyətinin hüquqi əsasları, faydalı qazıntı yataqlarının istismar qaydaları, sahibkarlar üçün alternativ yataqların müəyyən edilməsi barədə məlumat verilib. Həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.