Press "Enter" to skip to content

Soyuq sıxım yağlar və çərəzlərdən müxtəlif əzmələr

Son yeniləmə: 20 Aprel 2022 15:07

Bayraqdar.info – Aprelin 19-da “Bravo” marketlər şəbəkəsinin “Koroğlu” filialında “ABAD” publik hüquqi şəxsin dəstəyi ilə “SmFreshOil by ABAD” stendinin açılışı baş tutub.

Bu barədə bayraqdar.info-ya aprelin 20-də ABAD-dan məlumat verilib.

Bildirilib ki, tədbirdə rəmzi qırmızı lent “SmFreshOil” brendinin sahibi “ABAD”çı Maya Səbzəliyeva və “ABAD” publik hüquqi şəxsin Xidmət sektoru və satışın təşkili departamentinin müdiri Camid Mövsümov tərəfindən kəsilib. Mərasimdə bir sıra tanınmış şəxslər, blogerlər və “ABAD”ın rəsmi nümayəndləri iştirak edib.

Qeyd edilib ki, bu stenddə müştərilərin gözü önündə soyuq sıxım yağlar və çərəzlərdən müxtəlif əzmələr hazırlanaraq yerindəcə müştərilərə təqdim olunacaq. Bundan başqa, “SmFreshOil by Abad“ stendində həmçinin müxtəlif çeşid sağlıqlı məhsulların satışı həyata keçiriləcək ki, bura da soyuq sıxım yağlar (qarazirə, kokos, kətan, balqabaq və s.), əzmələr (fındıq, fıstıq, badam əzməsi və s.), qlütensiz unlar (kokos, kətan, düyü unu, yaşıl qarabaşaq unu və.s.), macunlar və orqanik şokolad pastaları və s. daxildir.

Yeni məhsullarala tanış olmaq istəyənlər Nizami rayonu, Heydər Əliyev prospekti 172 (Koroğlu metrosunun yanı) ünvanında yerləşən Bravo Hipermarketinə baş çəkə bilərlər.

Mission News Theme by Compete Themes.